RU

Azərbaycan və Litva vergi orqanları arasında müvafiq işçi qrupun yaradılmasına dair razılıq əldə olunub

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi,Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA)prezidenti Orxan Nəzərli Litva Respublikasının Maliyyə Nazirliyiyanında Dövlət Vergi Müfəttişliyinin rəisi xanım Edita Yanuşieneilə videokonfrans formatında görüş keçirib. Görüşdə iki qurumarasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə müvafiqişçi qrupun yaradılmasına dair razılıq əldə olunub.

Bu barədə Trend Dövlət Vergi Xidmətinə istinadən xəbərverir.

Məlumata görə, görüşdə iki qurum arasında əlaqələringenişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və irəlisürülən təşəbbüslərin əhəmiyyəti vurğulanıb, qarşılıqlı əlaqələringücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadəolunub.

Görüş zamanı ölkəmizin IOTA-ya prezidentliyi dövründəmüəyyənləşdirilmiş prioritetləri, təşkilatın qarşısında duranməsələlərin həlli istiqamətində tərəfdaşlıq imkanları müzakirəedilib.

Tərəflər IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilətəklifləri nəzərdən keçirib, təşkilatın təşəbbüslərinin vergiadministrasiyaları tərəfindən dəstəklənməsi, səmərəli mexanizmlərinvə fiskal alətlərin rolu barədə fikirlərini bölüşüblər. Qeyd olunubki, ədalətli iqtisadi təcrübələrin, investisiyaların təşviqi vəbeynəlxalq standartlara uyğunluğunun təmin edilməsi Azərbaycan vəLitva üçün tərəfdaşlıqda ortaq öhdəlikdir.

Görüşdə əməkdaşlığın prioritet istiqamətləri, vergi orqanlarınınbeynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər vəperspektiv layihələr barədə müzakirələr aparılıb. Bununla yanaşı,iki qurum arasında əməkdaşlığın daha da inkişaf etdirilməsiməqsədilə müvafiq işçi qrupun yaradılmasına dair razılıq əldəolunub.

Избранный
6
8
az.trend.az

9Источники