RU

Azərbaycan və Litva vergi üzrə əməkdaşlığın inkişafı üçün işçi qrupu yaradacaq

Azərbaycan və Litva arasında vergi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə müvafiq işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub.

Vətəninfo.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumun rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) prezidenti Orxan Nəzərli Litvanın Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyinin rəisi xanım Edita Yanuşiene ilə videokonfrans formatında görüş keçirib. Görüşdə iki qurum arasında əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və irəli sürülən təşəbbüslərin əhəmiyyəti vurğulanıb, qarşılıqlı əlaqələrin gücləndirilməsi sayəsində əldə edilmiş nəticələrdən məmnunluq ifadə olunub, ölkəmizin IOTA-ya prezidentliyi dövründə müəyyənləşdirilmiş prioritetləri, təşkilatın qarşısında duran məsələlərin həlli istiqamətində tərəfdaşlıq imkanları müzakirə edilib.

Tərəflər IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təklifləri nəzərdən keçirib, təşkilatın təşəbbüslərini vergi administrasiyalarının dəstəkləməsi, səmərəli mexanizmlərin və fiskal alətlərin rolu barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, ədalətli iqtisadi təcrübələrin, investisiyaların təşviqi və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi Azərbaycan və Litva üçün tərəfdaşlıqda ortaq öhdəlikdir.

Görüşdə əməkdaşlığın prioritet istiqamətləri, vergi orqanlarının beynəlxalq əlaqələrinin təşviqi sahəsində görülən işlər və perspektiv layihələr barədə müzakirələr aparılıb.

Избранный
10
8
veteninfo.az

9Источники