RU

“Shusha Hotel Company” 25 min manat cərimələnir – SƏBƏB

“Shusha Hotel Company” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, aparılan yoxlama zamanı “Shusha Hotel Company”nin İnzibati Xətalar Məcəlləsinin əmək hüquqları əleyhinə olan 192.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

“Shusha Hotel Company” ilə bağlı iş baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. 3 dekabr tarixində hakim Rəşadət Ağayevin sədrliyi ilə işə baxılacaq.

Qqeyd edək ki, “Shusha Hotel Company” MMC-nin qanuni təmsilçisi Həsənov Babək Xəzaim oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar

Избранный
17
tribunainfo.az

1Источники