RU

ABŞ İrana məxsus silah anbarına hücum etdi

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İrana bağlı milislərə məxsus silah anbarına hücum edildiyini açıqlayıb.   Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir. ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) məsələ ilə bağlı yazılı açıqlama verilib. “Hücum dünən Suriyada ABŞ qüvvələrinə İranın dəstəklədiyi hücuma cavab olaraq həyata keçirilib. İranın dəstəklədiyi qrupun silah anbarına qarşı edilən bu hücum, İŞİD-ə qarşı əməliyyatlar həyata keçirən ABŞ əsgərlərinə və koalisiya qüvvələrinə qarşı gələcəkdəki potensial hücumların planlaşdırılması və icrası qabiliyyətlərini zəiflətməyi məqsəd qoyub", - bəyanatda deyilir.

Açıqlamada ABŞ ordusunun öz şəxsi heyətinə və ya koalisiya tərəfdaşlarına qarşı heç bir hücuma dözülməyəcəyinə diqqət çəkilmiş, hücumla bağlı zərər qiymətləndirməsinin davam etdiyi bildirilib.

Избранный
11
manset.az

1Источники