RU

Ukrayna Rusiyaya verdiyi təyyarələrlə bombalanır – Kiyev niyə bu təyyarələri Moskvaya vermişdi?

Rusiya 1999-cu ildə Ukraynanın qaz borcu qarşılığında ona təhvil verdiyi “Tu-160” strateji bombardmançı təyyarələrindən indi Kiyevə qarşı istifadə edir.

“AzPolitika”xarici KİV-ə istinadla xəbər verir ki, jurnalistlərin apardıqları araşdırmalar zamanı Rusiyaya 8 belə təyyarənin verildiyi, onlardan 6-sının hazırda Ukraynaya qarşı müharibədə istifadə edildiyini öyrəniblər.

Arxiv sənəldərinə görə, Valeri Pustovoitenkonun başçılıq etdiyi Ukrayna Nazirlər Kabineti ilə Vladimir Putinin başçılıq etdiyi Rusiya hökuməti arasında 1999-cu ildə Yaltada imzalanmış sazişdə Kiyevin Moskvaya səkkiz “Tu-160” ağır bombardmançı və üç “Tu-95MS”, eləcə də 575 "Kh-55" qanadlı raket verib. Bunun üçün Rusiya Ukraynanın 275 milyon qrivna olan qaz borcunu silib.

Qeyd olunur ki, təyyarə və raketlərin ötürülməsi Ali Radanın razılığı olmadan baş tutub. Həmin vaxt Rusiyaya verilən təyyarə və raketlərin qiymətlərinin 10 dəfə aşağı göstərildiyi, Ukrayna Silahlı Qüvvələrində oğurluq və dövlətin müdafiə qabiliyyətinə xələl gətirmə faktları ilə bağlı məlumatların araşdırılması üzrə Müvəqqəti İstintaq Komissiyasının araşdırma apardığı bildirilir.

“AzPolitika.info”

Избранный
5
azpolitika.info

1Источники