RU

Bölgə klubundakı sürpriz ayrılığın PƏRDƏARXASI TƏFƏRRÜATI

"Şamaxı"da yaşanan sürpriz ayrılıq barədə dünən məlumat vermişdik.

Söhbət İlkin Muradovun bölgə klubunu tərk etməsindən gedir.

Gözlənilməz gedişin pərdəarxası detallarını əldə etmişik.

"8 nömrə" sabiq komandasında olduğu kimi, burada da özünü intizamsız aparırmış.

Bu, məşqlərdə və kənarda qabarıq özünü göstərirmiş.

Yoldaşları da yarımmüdafiəçinin əməllərindən təngə gəlib.

Yekunda baş məşqçi Ayxan Abbasov ona qapını göstərib.

Maraq üçün bildirək ki, Muradov hələ "Zirə"də çıxış edəndən intizamsız futbolçu kimi ad çıxarıb.

Əbəs deyil ki, Rəşad Sadıqov onu nə az, nə çox 3 dəfə əvəzedici komandaya göndərib.

Çalışdığı komandalarda dəmir intizam yaratması ilə ad çıxaran Abbasov Muradovla fərqli davranıb.

O, başına gələnlərdən dərs çıxarmayan orta sahə oyunçusunu komandadan birdəfəlik kənarlaşdırmaqla daha sərt cəzalandırıb.

28 yaşlı futbolçu yayda "şirlər"ə qoşulmuşdu.

O, bu mövsüm 12 oyunda meydana çıxıb, 1 asistlə yadda qalıb.

Gənclər millisinin sabiq üzvü "Şamaxı" və "Zirə"dən başqa "Səbail"in də formasını geyinib.

SPORTİNFO.AZ

Избранный
6
sportinfo.az

1Источники