RU

Azərbaycan bankları 10 ayda 914 milyon manat xalis mənfəət əldə edib

Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin yanvar-oktyabr aylarının yekunları ilə bağlı bank icmalını açıqlayıb.

Sənədə əsasən, yerli banklar 10 ayda 913,7 milyon manat xalis mənfəət əldə edib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,6% çoxdur.

Hesabat dövründə banklar 3 242 milyon manat faiz gəlirləri, 1 365,3 milyon manat qeyri-faiz gəlirləri, 4,5 milyon manat gözlənilməz gəlirlər əldə edib, 969,4 milyon manat faiz xərcləri, 2 189,8 milyon manat qeyri-faiz xərcləri çəkib, vaxtı keçmiş kreditlər üzrə 325 milyon manat xüsusi ehtiyat yaradıb, 213,9 milyon manat mənfəət vergisi ödəyib.

Избранный
16
turan.az

1Источники