RU

Azərbaycanlı fəal Kamal Nuri Evin həbsxanasından azad edilib

Güney Azərbaycanlı fəal Kamal Nuri 10 aya yaxın həbsdən sonra dünən, noyabrın 26-ı Evin həbsxanasından azad edilib.

Kamal Nuri 2024-ci ilin fevralında Rəşt şəhərində təhlükəsizlik işçiləri tərəfindən həbs edilmiş və Tehrana və Evin zindanında yerləşən Kəşfiyyat Nazirliyinin 209-cu bölməsinə köçürüldükdən sonra dindirilmişdir.

Güney Azərbaycanlı fəal daha sonra Tehran İnqilab Məhkəməsinin hakimi Əbülqasım Salvatinin rəhbərlik etdiyi 15-ci şöbəsi tərəfindən “birləşmə və sövdələşmə” ittihamı ilə azadlıqdan məhrum edilmişdi.

visiontv.az



Избранный
13
visiontv.az

1Источники