RU

Bakı metropoliteninin sərnişin daşımalarından gəlirləri 20% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə sərnişin daşımalarından əldə olunan gəlir 70 888,7 min manat olub, bu da illik müqayisədə 20% çoxdur.

Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, ötən ilin müvafiq dövründə qeyd olunan göstərici 59 050,3 min manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro nəqliyyatı (Bakı metropoliteni – red.) ilə 168 300,7 min sərnişin daşınıb, bu da illik müqayisədə 7,3% çoxdur.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 40,7 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 27-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.

Избранный
4
6
ikisahil.az

10Источники