RU

Levandovski Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub

İspaniyanın "Barselona" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında 100-dən çox qol vuran üçüncü futbolçu olub.

“İki sahil” xəbər verir ki, 36 yaşlı hücumçu buna Liqa mərhələsinin V turunda Fransa təmsilçisi "Brest"lə matçda dubl etməklə nail olub.

Beləliklə, polşalı forvard qitənin bir nömrəli klub turnirində 101-ci dəfə fərqlənib.

Əvvəllər yalnız Kriştianu Ronaldu (140) və Lionel Messi (129) 100 qol səddini keçib.

Qeyd edək ki, "Barselona" rəqibini 3:0 hesabı ilə üstələyib.

Избранный
1
3
ikisahil.az

4Источники