RU

G7 ölkələri İranın hərəkətlərini pisləyən bəyanat yaydı

“Yeddilik” qrupunun xarici işlər nazirləri noyabrın 26-da geniş bəyanat verərək, yeddi sənayeləşmiş və demokratik ölkənin dünya hadisələri ilə bağlı mövqelərini izah edib və onun bir hissəsini İranın sabitliyi pozan hərəkətlərinə həsr ediblər.

G7-yə üzv ölkələrin xarici işlər nazirləri öz bəyanatlarında bir daha İranın İsrailə raket hücumlarını kəskin şəkildə pisləyib və bu hücumları regionun sabitliyinə ciddi təhlükə hesab ediblər.

Bəyanatda həmçinin İraq və Suriyada HƏMAS, Hizbullah, Husilər, eləcə də İrana bağlı başqa silahlı proksi qüvvələrin sabitliyi pozan hərəkətlərinin davam etdirilməsi tənqid edilib.

G7-yə üzv ölkələrin xarici işlər nazirləri öz bəyanatlarında regionda daha geniş münaqişənin heç kimin marağında olmadığını vurğulayaraq bildiriblər: 

“Gərginliyin daha da artmasının qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik və bütün tərəflərdən təmkin göstərmələrini tələb edirik".

G7-yə üzv olan ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Kanada və Yaponiyanın xarici işlər nazirləri öz bəyanatlarında vurğulayıblar ki, İran heç vaxt nüvə proqramını inkişaf etdirməməli və nüvə silahı əldə etməməlidir.

“Biz İranın artan nüvə fəaliyyətlərini diqqətdə saxlamaq üçün bir-birimizlə və digər beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcəyik”,- bəyanatda deyilir. 

G7-nin xarici işlər nazirləri öz bəyanatlarında diplomatik həlli İranın nüvə probleminin həlli üçün ən yaxşı yol kimi qiymətləndiriblər.

"İslam Respublikası etibarlı mülki əsası olmayan nüvə fəaliyyətlərini dayandırmalı və ləğv etməli və daha da gecikmədən, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə əsasən qəbul etdiyi hüquqi razılaşmaların və öhdəliklərin tam şəkildə həyata keçirilməsi üçün Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etməlidir",- bəyanat müəllifləri təkid ediblər.

Bu bəyanatda İranın Rusiyaya silah göndərməsi də şiddətlə pislənilib.

Onlar, İranın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə verdiyi bütün dəstəyi dərhal dayandırmaınl və ballistik raketlərin, pilotsuz təyyarələrin və müvafiq texnologiyaların ötürülməsinə son qoymasını istəyiblər.

Bununla yanaş İranda insan haqları pozuntularına da toxunulub və Tehran höumətindən təzyiqlərə son qoyması tələb edilib:

"İslam Respublikasının rəhbərlərindən istəyirik ki, bütün haqsız və əsassız həbslərə, o cümlədən ikili vətəndaşların və əcnəbilərin həbsinə son qoysun. Biz həmçinin İslam Respublikasından BMT-nin İnsan Haqları Şurasının təyin etdiyi xüsusi məruzəçilərin İrana getməsinə icazə verməsini tələb edirik".

visiontv.az



Избранный
7
visiontv.az

1Источники