RU

Paşinyan kəşfiyyat rəhbərini Moskvaya göndərmədi – “Təcili işi çıxıb...”

Dünən Ermənistan Xarici Kəşfiyyat Xidmətinin (XKX) rəhbəri Kristinne Qriqoryan Moskvada keçirilən MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin iclasında iştirak etməyib.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, o, “təcili işi çıxdığı üçün” tədbirə qatılmayıb.

Xidmətdən bildirilib ki, qurumun nümayəndəsi sessiyada iştirak edib.

Rusiya tərəfi dünən bildirib ki, iclasda MDB ölkələrinin kəşfiyyat xidmətlərinin əməkdaşlığının prioritetləri müzakirə olunacaq və iclasda Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı planlaşdırılır.

“AzPolitika.info”

Избранный
16
azpolitika.info

1Источники