RU

COP29 tarixi qərarlarla yadda qaldı - RƏY

Azərbaycanda keçirilən COP29 tədbiri tarixi qərarların verilməsi ilə yadda qaldı. Azərbaycan COP29 tədbirini yüksək səviyyədə təşkil etməklə yanaşı, COP29 konfransının iştirakçıları konkret olaraq addımlar atdılar.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib.

O qeyd edib ki, inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında olan ümumi razılığa əsasən, bu fonda 300 milyard dollar vəsaitin keçirilməsi qərarı verilib.

"Bu çox önəmlidir, çünki Azərbaycanda keçirilən COP29 konfransına qədər belə bir mühüm qərar alınmamışdı. Bu Azərbaycanın təşəbbüsü, sədrliyi ilə COP29 konfransının çox önəmli əldə etdiyi uğurdur.

İkinci məsələ isə ondan ibarətdir ki, COP29 konfransının strukturlaşması baxımından da COP29 tədbiri tarixə düşdü. Üçlük ölkələrinin daha çox COP29 konfransındakı aldığı tədbirlərlə artıq hər il keçirilən bu tədbirlər konfrans xətrinə deyil, daha çox məsuliyyət, öhdəliklərin götürülməsi və əvvəlki tədbirlərdən növbəti tədbirlərə olan məsələlərin struktur formasında fəaliyyət göstərməsi üçün nəzərdə tutulacaq. Çünki əvvəlki COP konfranslarında bu təşkilatın bundan əvvəl və sonrakı sədrliyi ilə bağlı konkret məsələlər institusionallaşmamışdı".

Millət vəkili bildirib ki, ancaq Azərbaycanda keçirilən tədbir nəticəsində alınan qərara əsasən, bu məsələ ciddi şəkildə üçlük ölkələrin məsuliyyətinin müəyyən edilməsi və əvvəlki tədbirlərdə verilmiş qərarların icra edilməsi mexanizmini də yaradır ki, bu da daha ciddi təşkilata çevrilməyə başlayır.

“Azərbaycanda keçirilən COP29 konfransı tarixdə ən böyük iştirakçıların qatıldığı konfrans kimi də yadda qaldı. Bu da bizim dövlətimizin, prezidentimizin, ölkəmizin olan böyük nüfuzunu, reytinqinin göstəricisidir. Artıq Azərbaycan “Qoşulmama Hərəkatı” kimi dünya səviyyəli tədbirdən sonra başqa bir dünya çapında möhtərəm tədbir keçirdi. Beləliklə də, biz əmin olduq ki, Azərbaycana dünya ictimaiyyətinin etimadı yüksək səviyyədədir və bu Azərbaycanın artıq nəinki regional səviyyədə, hətta qlobal səviyyədə oyunçu olduğunu bir daha təsdiq etdi”, - deyə Tural Gəncəliyev vurğulayıb.

Aminə Nəzərova

Избранный
7
operativmm.az

1Источники