RU

NATO “Tomaqavk” qanadlı raketləri Kiyevə verməyə çağırıb

NATO Parlament Assambleyası orta mənzilli raketlərin və hava hücumundan müdafiə sistemlərinin Ukraynaya təhvil verilməsinə çağırıb.

Herbiand.az bildirir ki, müvafiq sənədi alyansın mətbuat xidməti dərc edib.

“Ukraynanı özünümüdafiə üçün bütün vasitələrlə, o cümlədən orta mənzilli raketlərlə təmin edin”, - sənəddə deyilir.

Bəyannamədə həmçinin, Ukraynaya hava hücumundan müdafiə sistemləri, uzaqmənzilli dəqiq silahlar, çoxməqsədli qırıcılar da daxil olmaqla, döyüş sursatları və müasir silah sistemləri ilə vaxtında təmin edilməsi” çağırılır.

Ukraynanın “Xalqın xidmətçisi” partiyasından olan deputat və ölkənin NATO Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Yeqor Çernev bildirib ki, buna ukraynalı diplomatların səyləri nəticəsində nail olunub. Çernev Kiyevə verilə biləcək sistemlərə misal olaraq Amerikanın “Tomaqavk” qanadlı raketlərinin adını çəkib.

BGM-109 “Tomaqavk” sualtı, yerüstü, quru və havadan buraxılan uzun mənzilli qanadlı raketdir. 1983-cü ildən ABŞ ordusunda silahlanmada istifadə olunur. Raket bir neçə modifikasiyaya malikdir, uçuş məsafəsi 1300-2500 km arasındadır.

Bəxtiyar CƏFƏRLİ

Избранный
25
herbiand.az

1Источники