Qısa müddət ərzində dünyanın müxtəlif yerlərində baş verən proseslər qlobal bazarlarda qarşıq vəziyyət yaradıb.

İndex.az xəbər verir ki, İsrail və Hizbullah arasında atəşkəs razılaşması, Donald Trampın Çin, Kanada və Meksikaya qarşı tarif təhdidləri, eləcə də ABŞ-da tarif və vergi planlarının həyata keçirməsi üçün yeni adların seçilməsi qlobal bazarları qarışdırıb.

Belə ki, “Wall Street” birjaları atəşkəs xəbərinin dəstəyi ilə çərşənbə axşamı yüksəlişini tamamlayıb.

“S&P 500” və “Nasdaq 100” birjaları ötən günü 0,6% artımla bağlayıb.

Bu artımla “S&P 500” birjası cari ildə 52-ci rekordunu qırıb.

Asiyada “MSCI Asia Pacific” birjası stabilliyini qoruyub.

Yaponiyada səhmlər ucuzlaşsa da, Honq-Konq və Çin səhmləri dəyər qazanıb.