Bakı. Trend:
Milli Məclisin iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ciil büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin(birinci oxunuş) müzakirəsi keçirilib.
Trend-in məlumatına görə,Dövlət sosial müdafiə fondunun 2025-ci il üzrə xərcləri 7 676 420000,0 manat məbləğində təsdiq edilir.
Bu xərclərin maliyyələşmə mənbəyi aşağıdakılardır:
- Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsinin gəlirləri7 617 400 000,0 manat;
- Dövlət sosial müdafiə fondunun 2025-ci il yanvarın 1-nəyaradılmış ehtiyatından 2025-ci ilin xərclərininmaliyyələşdirilməsinə yönəldilən 59 020 000,0 manat.
Müzakirələrdən sonar sənəd səsverməyə qoyularaq birinci oxunuşdaqəbul edilib.