RU

ABŞ Ermənistanla bağlı planlarından əl çəkmir - DETALLAR

ABŞ Ermənistanı tamamilə tabe etmək məqsədi güdərək qondarma demokratikləşmə tətbiq etmək planlarından əl çəkmir.

Bizim.Media xəbər verir ki, bu informasiyanı Rusiya Xarici Kəşfiyyat Xidmətinin (XKX) mətbuat bürosu yayıb.

"Demokratikləşdirmə Ermənistanı tamamilə tabe etmək məqsədi güdür, lakin digər ölkələrdə və regionlardakı oxşar təcrübələr onların dağıdıcı olduğunu göstərir. Bunun ən bariz nümunəsi Yaxın Şərqdə, Latın Amerikasında, Afrikada ən çox diqqət çəkəni Ukraynanın hazırkı vəziyyətidir", - məlumatda bildirilir.

Rusiya Xarici Kəşfiyyat Xidməti qeyd edir ki, ABŞ Dövlət Departamenti Ermənistanın Qərblə yaxınlaşma kursunun qaçılmaz olduğuna şübhə edir, çünki zaman keçdikcə Cənubi Qafqaz ölkəsi ənənəvi regional əlaqələrdən əl çəkməsinin təhlükəsini dərk edəcək.

Bizim.Media

Избранный
8
1
bizim.media

2Источники