Ermənistanın Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabah Astanada keçiriləcək sammitində iştirakdan imtina edib.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, buna səbəb Ermənistanın KTMT-dəki iştirakını dondurmasıdır.
Xatırladaq ki, Ermənistan bir müddətdir ki, KTMT-nin iclaslarında iştirak etmir.
Daha əvvəl Ararat Mirzoyan da Astanaya getməyəcəyini elan etmişdi.
Məlik,
KONKRET.az