RU

İSF-nin 2025-ci il büdcəsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib

İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə gəlir və xərcləri 260 700 000,0 manat məbləğində proqnozlaşdırılır.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

İşsizlikdən sığorta fondunun 2025-ci il üzrə xərclərinin maliyyələşmə mənbəyi aşağıdakılardır:

- İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsinin gəlirləri - 206 400 000,0 manat;

- İşsizlikdən sığorta fondunun 2025-ci il yanvarın 1-nə yaradılmış ehtiyatından 2025-ci ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən - 54 300 000,0 manat.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Избранный
9
11
marja.az

10Источники