RU

"Həqiqətən, ən sıx qarşılaşdığımız problem işsizlikdir" - JALƏ ƏLİYEVA

"Büdcə sosial-iqtisadi inkişafın əsasını təşkil edir". SİA xəbər verir ki, bu sözləri deputat Jalə Əliyeva deyib.O bildirib ki, büdcə layihəsi sosial yönü ilə diqqət çəkir: "Bu keçən ilki layihənin davamı kimi qiymətləndirilməlidir. Aran zonasında üç rayonun məsuliyyətini daşıyıram. Həqiqətən, ən sıx qarşılaşdığımız problem işsizlikdir. Qəbula gələnlərin 70-80 faizi iş istəyir. İnsanlar dövlət hesablı müəssisələrdə işə düzəlmək istəyirlər. Kəndliyə işi necə təmin etməliyik? Bölgələrdə işsizliyin aradan qaldırılması üçün kənd təsərrüfatını inkişaf etdirmək lazımdır. Azgəlirli kəndlilər pay torpağından istifadə edə bilmirlər. Bu məqamda isə hər kəsə iş qurmaq mümkün olmur. Gənclər də bölgədə qalmaq istəmir, şəhərə can atırlar".

Избранный
6
1
sesqazeti.az

2Источники