Ukraynanın keçmiş xarici işlər naziri Dmitro Kuleba "Politico"ya verdiyi müsahibəsində bildirib ki, Donald Trampın təklif etdiyi sülh razılaşması Ukrayna prezidenti Volodimir Zelenski üçün siyasi baxımdan böyük təhlükədir.
Musavat.com xəbər verir ki, o, fikrinin davamında aşağıdakıları söyləyib:
"Zelenskinin belə bir razılaşmanı imzalaması mümkünsüzdür. Razılaşmaya əsasən, Rusiya Donbas və Krımı saxlayır, Ukrayna isə NATO-ya üzv olmur. Zelenski bunu nə konstitusiya, nə də siyasi reallıqlar səbəbindən imzalaya bilməz. Belə bir addım onun siyasi karyerasının sonu olar", – deyə Kuleba vurğulayıb.
Kuleba Ukrayna xalqının ərazi güzəştlərinə razı olmayacağını və belə bir sülh razılaşmasının həm daxili, həm də beynəlxalq səviyyədə ciddi etirazlara səbəb olacağını qeyd edib.