RU

Avropanın moda şirkəti Azəbaycan bazarını tərk edir

"Christian Dior Couture" Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.

Marja.az Şirkətin bildirişinə istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ1095 Bakı şəhəri, Səbail rayonu, Neftçilər pr küçəsi, ev 105 ünvanına bildirə bilərlər.

4 milyon 350 min manat nizamnamə kapitalı olan "Christian Dior Couture" MMC şirkətinin qanuni təmsilçisi BERNARD VINCENT SIMON PIERRE-dir. Şirktin hüquqi ünvanı AZ1095, BAKI ŞƏHƏRİ SƏBAİL RAYONU, NEFTÇİLƏR PR. ev.105-dir. 

"Christian Dior SE" ( Dior kimi tanınır) Avropanın ən böyük lüks mallar qrupu olan LVMH -yə rəhbərlik edən fransız iş adamı Bernard Arnaultun rəhbərlik etdiyi Avropanın moda şirkətidi . Dior LVMH daxilində 42,36% paya və 59,01% səsvermə hüququna malikdir.  Dizayner Christian Dior tərəfindən 16 dekabr 1946-cı ildə qurulan şirkət  bu gün tanınmış yüksək moda hazır geyimlər (Christian Dior Couture bölməsi altında), dəri məmulatları, moda aksesuarları, ayaqqabılar, zərgərlik məmulatları, saatlar, ətirlər, makiyaj və dəriyə qulluq məhsullarının satışı ilə məşğuldur.

hazır geyimlər dəri məmulatları moda aksesuarları ayaqqabılar zərgərlik məmulatları saatlar ətirlər makiyaj dəriyə qulluq Christian Dior Couture
Избранный
10
3
marja.az

4Источники