Demokrat.az bu barədə TASS-a istinadən xəbər verir.
"Partiyanın siyasi şurasının qərarına uyğun olaraq, Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyini təqdim etdiyimi məmnuniyyətlə bildirirəm", - deyə "Gürcü Arzusu"nun qurucusu Bidzina İvanişvili partiyanın mərkəzi ofisində keçirilən brifinqdə bildirib.
Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Tbilisidə doğulub. Kavelaşvili futbolçu karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb, sonra "Dinamo"ya keçib və onunla altıqat Gürcüstan çempionu olub (1990-1995).
Daha sonra 1995-ci ildə Vladiqafqazın "Spartak Alaniya" klubuna keçib və onunla birlikdə Rusiya çempionluğunu da qazanıb.
Mixail Kavelaşvili 1996-cı ildə İngiltərənin "Mançester Siti" klubuna keçib. Sonra onu İsveçrə "Grasshopper"inə icarəyə veriblər. Kavelaşvili sonrakı 10 il ərzində İsveçrənin müxtəlif klublarında çıxış edib.
2004-cü ilin ikinci yarısında altı ay müddətinə "Alaniya"ya icarəyə verilib. Bir neçə ildən sonra karyerasına son qoyub.
10Источники
-
demokrat.az"Mançester Siti"nin sabiq futbolçusu Gürcüstanın prezidenti ola bilər ( 13423342)
-
hakimiyyet.az"Mançester Siti"nin sabiq futbolçusu Gürcüstanın prezidenti ola bilər ( 13421845)
-
seher.media"Mançester Siti"nin sabiq futbolçusu Gürcüstanın prezidenti ola bilər ( 13421767)
-
oxu.az"Mançester Siti"nin sabiq futbolçusu Gürcüstanın prezidenti ola bilər ( 13421698)
-
hakimiyyet.azTürkiyə MN: "F-35 qırıcıları ölkəyə təhvil verilə bilər" ( 13409617)
-
oxu.azTürkiyə MN: "F-35 qırıcıları ölkəyə təhvil verilə bilər" ( 13409536)
-
unikal.azABŞ Türkiyəyə “F-35” qırıcılarının təhvil verilməsi ilə razılaşdı ( 13407832)
-
unikal.azGürcüstanın yeni hökuməti bu tarixdə təsdiqlənəcək ( 13406572)
-
oxu.azAzərbaycan-Türkiyə sərhədində yük maşınlarının sıxlığı yarandı ( 13361263)
-
oxu.azTürkiyə Superliqası: "Beşiktaş" doğma meydanda məğlub oldu ( 13337482)