RU

Təbrizli idmançı Vəhid Bəhram SEPAH-ın kəşfiyyat idarəsinə çağırılıb

Təbrizli idmançı Vəhid Bəhram SEPAH-ın kəşfiyyat idarəsinə çağırılıb və sorğu-sual edilib.

Qeyd edək ki, idmançı kəşfiyyat idarəsinə telefon zəngi ilə çağırılıb və bu hüquqi baxımdan yanlışdır. Belə ki, çağırış üçün yazılı bildiriş mütləqdir.

Onun sorğusunda diqqət mərkəzi virtual məkandakı paylaşımları və şəxsi İnstaqram səhifəsi olub.

Xatırladaq ki, Vahid Behraman karate ilə məşğul olur və bu döyüş sənətində qara kəmər sahibidir. O, İnstaqram səhifəsində türklər və Azərbaycan haqqında yazılar paylaşımlar edir. O, sosial media hesabındakı son paylaşımlarda təzyiqlərə məruz qalan və həbs edilən Günye Azərbaycanlı fəallar haqqında danışıb və onların azadlığa buraxılmasını istəyib. 

visiontv.az



Избранный
17
visiontv.az

1Источники