RU

Vasif Talıbovun oğlu niyə federasiyanı ləğv etdi?

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası (NŞF) fəaliyyətini dayandırıb.

2002-ci ildə yaradılan federasiya artıq ləğv olunub.

Sözügedən Şahmat Federasiyasının rəhbəri Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Seymur Talıbov idi.

Qurumun ləğvi elə oğulla bağlıdır. Belə ki, S.Talıbov NŞF-na maliyyə dəstəyini tam dayandırıb.

Burada çalışan personal uzun müddət idi ki, əməkhaqqı ala bilmirdi. Həmçinin şahmatçıların respublikadaxili və beynəlxalq yarışlarda iştirakına maddiyyat ayrılmırdı.

Sabiq sədrin sədr oğlu federasiyanı saxlamağa daha maddi gücünün qalmadığını iddia etməsinə dair xəbərlər var.

SPORTİNFO.AZ

Избранный
11
sportinfo.az

1Источники