RU

Luis Enrike “Bayern”ə məğlubiyyətə aydınlıq gətirdi

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda “Bayern”ə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, Fransa çempionu səfərdə qarşılaşdığı Almaniya nəhənginə 0:1 hesabıyla məğlub olub.

Paris klubunun ispan çalışdırıcısı matçdan sonra baş tutan mətbuat konfransında məğlubiyyətə belə aydınlıq gətirib:

“Birinci hissədə rəqibin təzyiqinin öhdəsindən gələ bilmədik. Onlar topu çox asanlıqla alıb-götürürdülər. Oyunun birinci hissəsində biz daha zəif görünürdük. İkinci hissədə isə ümid vardı, ancaq qırmızı vərəqə bizim tərəfimizdən ciddi xəta idi. “Bayren”ə qarşı 10 nəfərlə oynamaq çox çətindir. Rəqib sözsüz ki, öz qələbəsinə layiq idi. Nəticəni qəbul edirəm.

Təqsirkarı tapmaq istəyi həmişə var. Təqsirkar varsa, o da mənəm. Buna mən cavabdehəm. Budur, təqsirkarı tapdınız. Bundan sonra ixtiyari tənqidi qəbul edirəm”, deyə Luis Enrike vurğulayıb.

5 turdan sonra 9 xal toplamış “Bayern” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 11-ci pillədə qərarlaşıb. PSJ isə 4 xalla 26-cı pillədədir.

Əlavə edək ki, “Opta Sports” statistik internet-portalının təqdim etdiyi məlumata görə, PSJ Çempionlar Liqasının ələmə mərhələsinə – 1/8 finalına birbaşa vəsiqə qazanacaq 8 komandadan biri olmaq imkanını itirib. Fransa nəhəngi ələmə mərhələsinin baş-başa oyunlarına 9-24-cü yerlərdən birini tutaraq qatılmaq imaknını isə saxlayır və bu imkan 55%-ə bərabərdir.

Избранный
18
arena.az

1Источники