RU

Qadınların pensiya yaşı haqda müzakirə başladı – ENDİRİLİR?

Milli Məclisdə 2025-ci il büdcə zərfinin müzakirəsi zamanı deputatlar qadınların pensiya yaş həddinin aşağı salınmasını hökumət qarşısında qaldırıb.

Hökumət qadınların pensiya yaş həddinin aşağı endirilməsi məsələsinə baxsa yaxşı olar.

Ölkə.az xəbər verir ki, belə bir təkliflə deputat  Aydın Mirzəzadə parlamentdə büdcə müzakirələri zamanı deyib.

“Qadınların yaş həddinin tədricən bir neçə yaş aşağı endirilməsi məsələsinə baxmasını hökumətə təklif edirəm”, - deputat qeyd edib.

Deputat Ceyhun Məmmədov isə bildirib ki, gələcəkdə qadınların pensiya yaşlarına yenidən baxılmalıdır. “Bu gün reallıq ondan ibarətdir ki, müəyyən bir yaşa gəldikdən sonra insanlar iş tapmaqda əziyyət çəkirlər. Cəmiyyətin bu məsələdən ən çox əziyyət çəkən üzvlərindən biri də qadınlardır. Bu məsələ ilə də bağlı bizə çoxlu müraciətlər var”, - o qeyd edib. 

Deputat Vüqar Bayramov da qadınların pensiya yaş həddinin aşağı salınmasını məqsəduyğun hesab edir: “Pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun. Nəticədə çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar”.

Deputat Əli Məsimli də qadınların pensiya yaş həddinin aşağı salınmasını hökumət qarşısında qaldırıb.


Избранный
10
3
news24.az

4Источники