RU

Müdafiə Nazirliyinin "Dayı" ləqəbli vəzifəlisi hakim qarşısında

İspaniyalı deputat Jorge Pueyo Fələstinə dəstək üçün noyabrın 29-dək aclıq aksiyası keçirəcəyini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, parlamentdə keçirdiyi mətbuat konfransında Pueyo noyabrın 19-da İspaniyanın Araqon muxtar bölgəsində Araqon Fələstin Evi və Qüds Dərnəyinin başlatdığı aclıq aksiyasını dəstəklədiyini açıqlayıb.

“Həyatda və siyasətdə sözlərin kifayət etmədiyi və nümunə göstərməyin vacib olduğu vaxtlar olur” deyən ispaniyalı deputat Fələstinə dəstək məqsədilə dünən başladığı aclıq aksiyasını noyabrın 29-dək davam etdirəcəyini bildirib.

İspaniyadakı azlıq solçu koalisiya hökumətinin kiçik tərəfdaşı olan Sumar alyansının parlament sədrinin müavini olan Pueyo “İspaniyanın İsraillə diplomatik və ticari əlaqələrini kəsməsini, İsrailə tam silah embarqosu qoymasını və Fələstin məsələsini görünən hala gətirilməsini" tələb edib.

Избранный
16
cebheinfo.az

1Источники