RU

​COP29 zamanı İçərişəhər və Qala muzeyləri

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində İçərişəhər və Qala Qoruğu, qonaqların ən çox ziyarət etdiyi və maraq göstərdiyi məkanlardan olub. Metbuat.az xəbər verir ki, bu müddət ərzində İçərişəhər və Qala qoruqlarında fəaliyyət göstərən muzeylər, mədəniyyət ocaqları və turistik yerlər 12000-dən artıq yerli və xarici turist tərəfindən ziyarət edilib.Muzeylərin xarici ölkələrdən olan ziyarətçiləri arasında başlıca yerləri Rusiya, Çin və Hindistan vətəndaşları alıb. İçərişəhərin UNESCO-nun dünya əhəmiyyətli tarixi abidələr siyahısında olan Qız Qalası və Şirvanşahlar Sarayı, o cümlədən Sıratağlı Dini-Memarlıq Kompleksi, Bəylər məscidi və Yeraltı hamam turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən olmuşdur.

Qala Qoruğunda isə qonaqlar, yalnız Abşeronun qədim tarixi və memarlıq abidələri ilə tanış olmaqla kifayətlənməyib, burada fəaliyyət göstərən “Tullantıdan Sənətə” muzeyi və Qurama sərgisinə də maraq göstəriblər.

Избранный
13
14
metbuat.az

10Источники