RU

“Bu fikirlərlə oyuna yanaşmaq doğru olmaz”

Avropa Liqasının əsas mərhələsinin 5-ci turunda keçiriləcək “Qarabağ” – “Lion” oyunundan öncə Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında iştirak edib.

Tribunainfo.az xəbər verir ki, o, əvvəlcə matçla bağlı fikirlərini bildirib.

Q.Qurbanov qeyd edib ki, bu, komanda üçün vacib oyundur:

“Çox keyfiyyətli bir komandaya qarşı oynayırıq. Sistem və futbolçuların bacarığı hər kəsə bəllidir. Bizim üçün vacib oyundur. Matç boyu diqqətli olmalıyıq. Çox istəyirik ki, azarkeşləri sevindirək”.

– “Lion”un heyətini artıq təhlil etmisiniz ki, hansı oyunçulara qarşı oynayacaqsınız? Fransa klubu maddi və mənəvi çökmüş komandadır. Bu faktlar sizin qələbə qazanmaq üçün şanslarınızı artırır?

– Heyətləri ilə maraqlanmışıq. Oyunlarına da baxmışıq, təhlil etmişik. Öz heyətimiz də bəllidir. Kimin meydanda olması bəllidir. Sadəcə 1-2 sual doğuran mövqe var. Rəqibə gəldikdə, böhran oldu və ya olmadı, biz qələbə üçün hazırlaşırıq. İstənilən rəqibə qarşı belədir. Bunlar hamısı söz-söhbətlərdir, belə böyük klubların maliyyə böhranını yoluna qoymaq üçün ciddi problem görmürəm. Təcrübəmiz onu göstərir. Hansı ki, hər il istənilən böyük klubda belə söz-söhbətlər gəzir. Belə olduğu halda, 1-2 oyunçunu başqa kluba satırlar, problemləri həll olunur. Onların oyunçularının dəyəri yüksəkdir. Bu fikirlərlə oyuna yanaşmaq bizim üçün də, sizin üçün doğru olmaz. “Lion” illərin klubudur.Belə fikirlərlə qələbəyə də göz yumulur. Məğlub olanda da fikirlər olur ki, belə problemi olan kluba qalib gələ bilmədilər.

– Rəqibin “Lion” olduğunu nəzərə alsaq, hansısa xüsusi gedişat olacaq, yoxsa digər oyunlara necə hazırlaşmısınızsa, bu oyuna da eyni qaydada yanaşma sərgiləyəcəksiniz?

– Biz həmişə çalışmışıq ki, öz oyunumuzu yaxşılaşdıraq. Həm məşqdə, həm  də oyunda. İlk silahımız bu olmalıdır. Öz bacardığımızı daha keyfiyyətli şəkildə yerinə yetirək. Amma istənilən rəqibə qarşı rəqibin öz oyununu oynamaması üçün onlara mane olmalıyıq. Üstün cəhətlərinin qarşısını almalıyıq. Hər komandanın üstün cəhətləri var. Sadəcə bir neçə detal, element var ki, digər rəqiblərə qarşı necədirsə, bu rəqibə qarşı da o detallarda diqqətli olmalıyıq. Hər matçda oyunun gedişində 1-2 dəyişiklik olur. “Lion”un üstün keyfiyyətini nəzərə alaraq, detallara fikir verməliyik. Hücum planımızda da çox yox, 1-2 əlavə düşüncələr olacaq. Həyata keçəcək ya, yox oyunun gedişatından asılıdır. Hazırlığın çox hissəsini öz oyunumuzun, düşüncələrimizin üzərində qururuq.

– “Lion”u hansı keyfiyyətlərinizlə təəccübləndirə biləcəksiniz?

– Hansısa rəqib haqqında çox məlumat verməyi xoşlamıram. Adətən bunu sadəcə futbolçularımız üçün edirəm. Bizim əsas gücümüz kollektiv oyundur. Komponentlərə baxsaq, “Lion” bizdən üstündür, güclü çempionatda çıxış edir. Amma bizim Avropa təcrübəmiz var. Bundan istifadə edib belə rəqiblərə qarşı yaxşı çıxış etməyə çalışırıq.

Nihat Kərimli

Избранный
4
12
tribunainfo.az

10Источники