RU

Mask Baydeni Ukraynada “əbədi müharibəni” maliyyələşdirməkdə ittiham edib

ABŞ Prezidenti Cozef Bayden Konqresdən Ukraynaya yardım üçün əlavə vəsait istəməklə “əbədi müharibəni” maliyyələşdirir.

AZƏRTAC xəbər verir ki, İlon Mask bu ittihamı “X” sosial şəbəkəsində irəli sürüb.

“Politico” nəşrinin məlumatına görə, Prezident Cozef Bayden noyabrın 25-də Ukraynaya 24 milyard dollar ayrılması ilə bağlı ABŞ Konqresinə müraciət edib. Vaşinqton administrasiyası 16 milyard dolların əvvəllər Kiyevə göndərilən silahların yerinin doldurulması üçün istifadə olunmasını, 8 milyard dolların isə Təhlükəsizliyə Yardım Təşəbbüsü xətti ilə Ukraynaya verilməsini təklif edir.

Избранный
9
xalqqazeti.az

1Источники