2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda sığorta ödənişləri 622,3 milyon manat olub.
Fins.az Mərkəzi Bankın aylıq hesabatına istinadən xəbər verir ki, cari ilin ilk on ayında Azərbaycanda sığorta ödənişlərinin ümumi həcmi 622,3 milyon manat təşkil edib.
Sığorta ödənişləri üzrə lider şirkətlər:
- "Paşa Həyat Sığorta" – 356 milyon 220 min manat
- "Paşa Sığorta" – 116 milyon 203 min manat
Daha sonra sıralamada yer alan şirkətlər:
- "Atəşgah Həyat" Sığorta Şirkəti – 40 milyon 682 min manat
- "Atəşgah" Sığorta Şirkəti – 20 milyon 686 min manat
- "Qala Sığorta" – 13 milyon 49 min manat
- "Meqa Sığorta" – 12 milyon 364 min manat
- "A-Qroup Şirkəti" – 10 milyon 949 min manat
Ən aşağı sığorta ödənişi isə "İpək Yolu Sığorta" şirkəti tərəfindən həyata keçirilib. Bu şirkət cari dövrdə cəmi 247 min manat ödəniş edib.
Bu göstəricilər sığorta bazarının dinamikasını və şirkətlər arasındakı fərqləri əks etdirir.
Fuad Mədətov
Fins.az