RU

Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...

EviniŞərur rayon Mərkəzi Xəstəxanasının beş mühafizəçisi ixtisara düşərək, işsiz qalıb. Bu vəzifəyə düzəlmək üçün isə, onların hər biri yeddi min rüşvət ödəyibmiş. İşsiz qalmaq bir yana, indi onlar kredit götürüb, rüşvət verdikləri məbləği necə geri qaytaracaqlarının dərdini çəkirlər.Təhlükəsizliyi səbəbindən adının çəkilməsini istəməyən keçmiş mühafizəçilərdən biri “Gündəlik Naxçıvan”a bildirir ki, rüşvət vermək üçün bankdan faizlə pul götürüb:“Eşitdik ki, mühafizəçi yeri açılıb, sevincək müraciət etdik. Dedilər ki, elə-belə deyil, hər yer üçün 7 min manat ödəməlisiniz. Əvvəl razılaşmadım, sonra düşündüm ki, bankdan pul götürüm, rüşvəti verim. Sonra hər ay maaşımın yarısını banka ödəyərəm, yarısını da uşaqlarıma xərcləyərəm. Pulu götürüb, xəstəxananın direktoruna verdim. Fikirləşdim ki, işsizlikdən yaxşıdır. Bankdan 7 min götürüb, xəstəxananın direktoruna verdim. Cəmi 4 ay işləyəndən sonra dedilər ki, ixtisara düşürsünüz. Bizi işdən çıxarandan sonra eşitdik ki, yerimizə işçi axtarırlar. Yəni kimdənsə yenə 7 min alıb, bizim yerimizə götürəcəklər”.Adının çəkilməsini istəməyən digər şikayətçi isə iddia edir ki, verdikləri rüşvət birbaşa „Naxçıvan Tibb Müəssisələrinin İdarəetmə Birliyi“nin icraçı direktoruna çatıb:“Xəstəxana direktoru pulu alanda dedi ki, ona qalan cəmi 500 manatdır, qalanını Vüsal Məmmədova çatdıracaq. Evimi girov qoyub, 7 min borc götürmüşəm. İndi işsiz bu pulu necə ödəcəyəm, bilmirəm. Az qalır ki, başıma hava gəlsin. Bu qədər insafsızlıq olmaz axı”.Şərur rayon Mərkəzi Xəstəxanasından qeyd oluna ittihamlarla bağlı münasibət bildirmək istəmədilər.

Избранный
18
yenisoz.az

1Источники