RU

Salar Əraqi və ailəsi övladlarına türkcə ad seçdiyi üçün şəhadətnamə ala bilmir

Salar Əraqi və ailəsi övladları Elşənin türkcə adına görə doğum ona haqqında şəhadətnamə ala bilmir

"Mən Salar Əraqi Xoyda doğulmuşam, hazırda Təbrizdə yaşayıram.  Oğlum 2024-cü il iyunun 30-da anadan olub. Həyat yoldaşımla ona Elşən adını seçmişik. Təəssüf ki, Təbriz qeydiyyat idarəsi bu ada 3 aydır ki, doğum haqqında şəhadətnamə verməkdən imtina edir." - deyə Salar Əraqi açıqlamasında bildirib.

Qeyd edək ki, doğum haqqında şəhadətnamə olmadığına görə ailə öz övladlarına peyvənd də vura bilmir.

Salar Əraqinin sözlərinə görə səhiyyə ocağının məsul işçiləri onlara “Əgər Elşənin adı ilə doğum haqqında şəhadətnamə vermirlərsə, gedin başqa ad seçin!” - deyə irad tutublar.

visiontv.az



Избранный
15
1
visiontv.az

2Источники