Bakı. Trend:
İqtisadiyyat Nazirliyi və Harvard Universitetinin “Growth Lab”Beynəlxalq İnkişaf Mərkəzi arasında əməkdaşlıq çərçivəsindəyaradılmış və COP29-da təqdim olunan qlobal “Yaşıl artım portalı”ilkinvariantda istifadəyə verilib.
Bu barədə Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbərverir.
Bildirilib ki, qlobal enerji keçidi üçün lazım olan məlumatlarıəhatə edən portal ölkələrə və investorlara yaşıl keçidstrategiyalarını təkmilləşdirməyə kömək edəcək. İnteraktiv alətdəyeni sənaye sahələrinin, yeni bazarların və iqtisadi inkişafistiqamətlərinin formalaşdırılması üçün mövcud imkanlar təqdimolunur.
Portal yaşıl dəyər zənciri - batareyalar, vacib minerallar,elektrik şəbəkəsi, elektrik nəqliyyat vasitələri, yaşıl hidrogen,istilik nasosları, hidroelektrik, nüvə, günəş və külək enerjisiməhsulları barədə 10 illik məlumatları və 140-dan çox ölkə üçünstrateji perspektivləri əhatə edir. “Yaşıl artım portalı”nahəmçinin, yaşıl dəyər zənciri məhsulları arasında əlaqənin əksolunduğu atlas əlavə olunub. Fundamental tədqiqatlara əsaslananməlumatlar ölkələrə və investorlara karbonsuzlaşma üçün tələbolunan vasitələrin istehsalı üçün lazım olan imkanları müəyyənetməyə və ondan faydalanmağa yardım edəcək.
İstifadəçilər portal vasitəsilə ölkələrin hər bir dəyər zənciriüzrə mövqeyini və iqtisadi rəqabətlilik səviyyəsini müəyyənləşdirəbiləcəklər. Bundan başqa, məhsulun gözlənilən və beynəlxalqortalama qiyməti ilə müqayisədə ölkənin dəyər zənciri üzrəvəziyyəti təyin edilə bilər. Portalda texniki iqtisadi əsaslandırmaaparmaqla və hər bir məhsulun cəlbediciliyini dəyərləndirməkləölkənin yaşıl dəyər zəncirlərinə daxil olmaq imkanları təhlilolunur. İnteraktiv portalda yaşıl dəyər zənciri üzrə məhsullarlabağlı mövcud bazarların durumu, effektiv ixracatçılar və artımperspektivləri barədə də məlumatları əldə etmək mümkündür.
Yaşıl texnologiyalara artan tələbatın təmin olunması və buprosesdə təchizatçı kimi çıxış etmək istəyən ölkələr və potensialinvestorlar portal vasitəsilə yaşıl dəyər zəncirinin onlarınistehsal imkanlarına nə qədər uyğun olduğunu təhlil edəbiləcəklər.
Portal Harvard Universitetinin 250 ölkə və iqtisadi regionu,həmçinin 2 milyon istifadəçini əhatə edən “İqtisadi MürəkkəblikAtlası”nın (Atlas of Economic Complexity) əsasında hazırlanıb.2025-ci ildə tam fəaliyyət göstərəcək “Yaşıl artım portalı”nabeynəlxalq təşkilatlar və müxtəlif ölkələrdən əldə edilənməlumatlara əsasən hazırlanmış təhlillər, müqayisəli məlumatbazaları və “yaşıl artım” üçün strategiyalar əlavə olunacaq.Portaldan istifadə ödənişsizdir.
Harvard Universitetinin “Growth Lab” Beynəlxalq İnkişafMərkəzinin təsisçisi və direktoru, professor Rikardo Hausmanınportalla bağlı videomüraciəti ilə aşağıdakı linkdən tanış olmaqolar: