RU

Elman Paşayevin həbs müddəti uzadıldı

İkinci Qərb Rayon Hərbi Məhkəməsi böyük dələduzluq işi üzrə keçmiş vəkil Elman Paşayevin həbs müddətinin qanuni uzadılmasını tanıyıb.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Paşayevin barəsində seçilmiş həbs-qətimkan tədbiri hərbi müstəntiqlərin tələbi ilə 2025-ci il yanvarın 15-dək uzadılıb.

Keçmiş vəkil dələduzluqda təqsirini boynuna almayaraq ona qarşı cinayət işini sifarişli adlandırıb.

Noyabrın 13-də hərbi məhkəmə Paşayevin həbs müddətini uzadıb. O , 2024-cü ilin sentyabrında Moskvada  saxlanılıb. Azərbaycanlı keçmiş vəkil böyük miqyasda dələduzluqda ittiham olunur. 

Избранный
11
2
unikal.az

10Источники