RU

"Bizim onlara bildirdiyimiz iradlar var" - ŞƏRH EDİLDİ

"Son iki ildə Bayden hakimiyyəti çalışdı ki, sülh imzalansın, bununla bağlı da Ermənistana müəyyən məsələlərdə təzyiqlər etdilər".Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.

O bildirib ki, Ermənistan rəhbərliyi dəfələrlə qeyd etdi ki, biz sülh müqaviləsi bağlamağa hazırıq: "Ancaq bu da Azərbaycan tərəfindən qəbul olunmadı. Çünki bizim onlara bildirdiyimiz iradlar var. Sülh müqaviləsinin bağlanması üçün hansı məsələlər varsa, onu etməlidirlər. Ancaq nədənsə, onlar bunu etməyərək müəyyən erməni fırıldağından istifadə etmək istədilər. Dedilər ki, qəbul olunan bəndlərin əsasında sülh müqaviləsi bağlayaq, digərini isə sonra diplomatik yollarla edərik" deyə bizə bir neçə dəfə müraciət etdilər. Ancaq konkret olaraq 2010-cu ildə noyabrda bağlanmış üçtərəfli bəyannamənin Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirən dəhlizin açılmaması ilə bağlı hissəsi yerinə yetirilmədiyinə görə təzyiqlər etdik. Ancaq buna da əhəmiyyət vermədilər. Biz bu məsələni də gündəlikdən çıxardıq ki, İran tərəfdən yol açırıq. Ancaq Ermənistan öz konstitusiyasında Azərbaycana qarşı torpaq iddiası ilə bağlı hissəni çıxarsın. 2023-cü ildə deyirdilər ki, ola bilsin ki, 2024-cü ildə konstitusiya ilə bağlı referendum keçiriləcək. Ancaq bu da sonradan qaldı. Baxmayaraq ki, Paşinyan Facebook səhifəsində bildirmişdi ki, konstitusiyada dəyişiklik etməlidirlər. İndi görünən odur ki, onlar konstitusiya dəyişikliyini 2027-ci ildə etmək istəyirlər. Paşinyan hakimiyyətində müəyyən dəyişmələr edir, seçkilərə gedərək yenidən qələbə qazanmaq istəyir".

Onun sözlərinə görə, Bayden administrasiyası bir neçə dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərini Vaşinqtona dəvət etdi: "Keçən il onlar dörd gün orada mütəmadi görüş keçirdilər. Müəyyən maddələrdə razılığa gəlindi. Ancaq bütövlükdə bunlar sülh müqaviləsi üçün kifayət olmadı. ABŞ dövlət katibi Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək sülh müqaviləsinin bağlanması ilə bağlı söhbət aparan zaman Azərbaycan Prezidenti ona Ermənistan konstitusiyasında dəyişiklik etməsə, bu məsələnin baş tutmayacağını bildirdi. Hansı məsələlərin lazım olduğunu söylədik. Ona görə də, bu məsələlər alınmadı. Baydenin də Azərbaycan və Ermənistan rəhbərliyinə məktubu oldu. Bildirdi ki, inanır ki, ilin sonuna qədər sülh müqaviləsi bağlanacaq. Biz yenə də fikrimizi bildirdik. Çünki əgər sülh müqaviləsi tələsik bağlansa, sabah yenidən konfliktlərə gətirib çıxara bilər. Ermənistanda hakimiyyətə gələcək qüvvələr bunu ləğv edə bilərlər. Əsaslı sülh müqaviləsinin bağlanması ancaq Ermənistanın öz konstitusiyasında olan Azərbaycana qarşı torpaq iddiasının çıxarılması ilə ola bilər.

Kazan görüşündə də Azərbaycan Prezidenti ilə görüşlər keçirildi. Bu görüşlərdən sonra Paşinyan Azərbaycanla Ermənistan arasında kommunikasiyaların açılması ilə bağlı fikirlərini bildirdi. O cümlədən Azərbaycanın Qərb rayonlarından Naxçıvana gedən yolda sadələşdirilmiş keçidin təşkil ediləcəyi haqqında fikirlərini söylədilər. Bunlar da sülhə yaxınlaşmaq kimi göründü. Ancaq əsas məsələ odur ki, konstitusiya dəyişikliyi etməlidirlər. Baydenin Nobel mükafatı alması onun gözündə qaldı. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının bu ilin sonuna kimi yox, gələcəkdə olması üçün biz də çalışırıq".

Müəllif: Söylü Ağazadə
Избранный
10
sia.az

1Источники