RU

Almaniyadakı ukraynalılar ölkələrinə qayıtmaq istəmirlər

Almaniyadakı ukraynalılar ölkələrinə qayıtmaq istəmirlər

Ukraynalı qaçqınların əksəriyyəti Almaniyada qalmaq istəyir və Ukraynaya qayıtmaqdan imtina edir. AFN.az Almaniya mediasına istinadən xəbər verir ki, bu barədə Berlin əyalət hökumətinin qaçqınlarla iş üzrə departamentinin rəhbəri Mark Sibert bildirib. “Altı ay əvvəl əksəriyyət Ukraynaya qayıtmaq istədiklərini söyləsə də, indi 65 faiz burada qalmaq istədiyini deyib”, - deyə Sibert bildirib.Şöbə rəisi əlavə edib ki, ukraynalı qaçqınlar ətrafında vəziyyətin dəyişməsi Berlin hökuməti üçün göz qabağındadır. Onun sözlərinə görə, dəyişikliklərin bariz nümunəsi Ukrayna vətəndaşları arasında alman dili kurslarına artan tələbatdır. KİV-in məlumatına görə, hazırda Berlində 50-60 min ukraynalı yaşayır.

Избранный
10
afn.az

1Источники