Qərb ölkələri Ukrayna münaqişəsindən bezib.Missiya.Az xəbər verir ki, bu barədə "Foreign Policy" jurnalı məlumat yayıb.
Nəşr bildirir ki, münaqişənin başlamasından təxminən üç il sonra Qərb yorulub və artıq Ukraynaya yardım üçün siyasi iradəsi yoxdur.
Qeyd olunur ki, Qərb dövlətləri bunun əvəzinə Moskva ilə vəziyyəti həll etmək üçün yollar axtarır. O da bildirilib ki, Rusiya öz növbəsində hərbi personal və sursat çatışmazlığı yaşamadan “qorxuducu qüvvə ilə resursları səfərbər etməyə davam edir”.
“Problem ondadır ki, istənilən sövdələşmə Ukrayna və Qərbin Rusiyaya təslim olması demək olacaq”, - nəşr əlavə edib.
Bundan əvvəl, noyabrın 26-da Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib ki, Qərb öz keçmiş gücünü itirdiyini anlayaraq, qəsdən dünyada vəziyyəti pozmağa hazırlaşır.
Zərintac MayisqızıMissiya.Az