RU

Fəzail Ağamalı və ailəsi məhkəməyə verildi

Sabiq deputat Fəzail Ağamalı və ailəsi məhkəməyə verilib.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, buna səbəb kredit borcu ilə bağlıdır.

Belə ki, “Agricola” şirkəti götürdüyü kredit borclarını vaxtında ödəməyib. Bu səbəblə “Aqrarkredit” QSC əsas borclu olan “Agricola” şirkətini və onun zaminlərini məhkəməyə verib. Məlumata görə, məhkəməyə verilənlər arasında keçmiş deputatdan başqa onun oğlanları Elçin, Yalçın, qızı hazırkı deputat Günay Ağamalı, nəvələri Samirə, Orxan və Kamran da var.

“Aqrarkredit” QSC-nin şikayətinə Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.
 

Избранный
9
12
unikal.az

10Источники