Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) müəyyən edib ki, sosial media fenomenlərinin əksəriyyəti məlumatların düzgünlüyünü yoxlamadan paylaşırlar.
"Cebheinfo.az" xəbər verir ki, YUNESKO 45 ölkədən ən azı 1000 izləyicisi olan 500 sosial media fenomeni ilə keçirdiyi sorğunun hesabatını dərc edib.
Qeyd olunub ki, 500 sosial media fenomeninin 62 faizi məlumatın düzgünlüyünü yoxlamadan paylaşıb.
Vurğulanıb ki, fenomenlərin təxminən 33,5 faizi məlumatı aldıqları mənbənin etibarlılığını nəzərə almadan məlumat paylaşıb və məzmun istehsalçılarının 41,7 faizi məlumat mənbəyinin etibarlılığını mənbənin populyarlığı ilə ölçüb.
Bildirilib ki, fenomenlərin 20,6 faizi məlumatın etibarlılığını etibarlı ekspert və ya dost tərəfindən paylaşılıb-paylaşılmamasına görə, 19,4 faizi məlumatı dərc edən şəxsin və ya müəllifin nüfuzuna görə müəyyən edib.
İnfluencer məzmun istehsalçılarının isə yalnız 17 faizi paylaşacaqları məlumatın etibarlılığını rəsmi sənədlərə əsasən müəyyən edib.
Hesabatda deyilir ki, fenomenlərin 58,1 faizi məzmununu müəyyənləşdirərkən şəxsi təcrübələrindən, 38,7 faizi isə öz araşdırmalarından və ya mövzu ilə tanış olan insanlarla müsahibələrdən mənbə kimi istifadə edib.
Hesabatda "Tamaşaçılar informasiya əldə etmək üçün getdikcə rəqəmsal məzmun yaradıcılarına müraciət etdiyi üçün, məzmun yaradıcılarının dəqiqliyə üstünlük verməsi zərurəti daha da kritik olur.
Yanlış məlumat və dezinformasiya tez bir zamanda etimadı sarsıda bilər ki, bu da skeptisizmə və izləyicilərdən ayrılmağa səbəb ola bilər" deyə bildirib.