İsrailin Qəzzaya 417 gündür davam edən hücumlarında itgi sayı 44 min 282-yə yüksəlib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlar nəticəsində son 24 saatda 33 nəfərin həyatını itirdiyi, 134 nəfərin isə yaralandığı bildirilib.
Qeyd olunub ki, İsrailin 7 oktyabr 2023-cü ildən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 44 min 282-a, yaralıların sayı isə 104 min 880-ə yüksəlib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Cəmalə