RU

Azərbaycanlı alim beynəlxalq konfransda Qulu Ağsəsin şeirlərindən bəhs edib

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru Lütviyyə Əsgərzadənin beynəlxalq elmi-praktiki konfransdakı məruzəsinin mövzusu Qulu Ağsəsin yaradıcılığı olub.

Kulis.az xəbər verir ki, Lütviyyə Əsgərzadə "Qulu Ağsəsin şeir mətnlərinin təhlili" başlıqlı məruzədə şairin poetik nümunələrindəki bədii məziyyətlərdən, üslub, forma və mövzu müxtəlifliyindən söhbət açıb.

Qeyd edək ki, “Kazan Universitetində tatar ədəbiyyatşünaslığı mədəniyyətlərin dialoqu məkanında” mövzusunda keçirilmiş beynəlxalq elmi-praktik konfrans Kazan Federal Universitetinin Filologiya və mədəniyyətlərarası ünsiyyət İnstitutunun tatar ədəbiyyatı bölməsi tərəfindən təşkil edilib.

Избранный
11
1
kulis.az

2Источники