Xəbər verdiyimiz kimi, Ana Vətən Partiyasının (AVP) sədri, keçmiş deputat Fəzail Ağamalı və övladları - Elçin Ağamalı, Günay Ağamalı və Yalçın Ağamalının məhkəmə tarixi məlum olub.
Modern.az-ın məlumatına görə, iş üzrə hazırlıq iclası 26 dekabr saat 14:00-a təyin olunub.
İş Bakı Kommersiya Məhkəməsində hakim Ülkər Həsənovanın icraatına verilib.
Qeyd edək ki, məhkəmə işində iddiaçı "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyətidir (QSC).