RU

Nizami Gəncəvinin "Xəmsə"sinə həsr olunan xatirə qəpiyi BMT Baş katibinə təqdim edilib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) dahi şairin "Xəmsə"sindən seçilmiş əlyazmaların illüstrasiyası olan xatirə qəpiyi BMT-nin Baş katibi Antonio Quterreşə təqdim olunub.

"Far.Az" xəbər verir ki, təqdimetmə mərasimi NGBM tərəfdaşlığı ilə Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) X Qlobal Forumu zamanı BMT Baş katibi ilə xüsusi görüşdə baş tutub.

Görüşə BMT-nin Baş katibi Antonio Quterreşlə yanaşı Mərkəzin həmsədri, BMT-nin 73-cü Baş Assambleyasının prezidentləri Maria Fernanda Espinosa, Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç, Serbiyanın sabiq Prezidenti Boris Tadic, Bolqarıstanın sabiq Prezidenti Rosen Plevneliev qatılıb.

Bundan başqa, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberq ilə yanaşı digər sabiq Prezidentləri Valdis Zatlers və Egils Levits, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstanın sabiq Baş nazirinin müavini Eka Tkeşelaşvili, Belçikanın sabiq Baş naziri İv Leterme, Seneqalin sabiq Baş naziri Aminata Toure, Yunanıstanın sabiq Baş naziri George Papandreou, Avstriyanın sabiq xarici işlər Naziri və Avrupa Komissarı Benitta Ferrero, NGBM-nin Baş katibi Rövşən Muradov, Strateji və Davamlı İnkişaf üzrə koordinatoru Rza Əliyev və Asim Şahsuvarlı, Zeyneb İbadzadəh iştirak edib..

Görüşdə COP29, dünyanın üzləşdiyi beynəlxalq çağırışlara dair fikir mübadiləsi aparılıb və bu toplantının mütəmadi keçirilməsi razılaşdırılıb. Eyni zamanda, Baş katibə Mərkəz tərəfindən reallaşdırılan XII Qlobal Bakı Forumu, BMT Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı və keçirdiyi təşəbbüslər haqqında məlumat verilib.

Избранный
1
5
far.az

6Источники