RU

Polis bu mərkəzə basqın etdi: Saxlanılanlar var

İngiltərənin paytaxtı Londonda Kürd İcma Mərkəzinə polis basqını həyata keçirilib.

Binanın yerləşdiyi küçənin giriş-çıxışları bağlanıb.

"Cebheinfo.az" xəbər verir ki, İngiltərə Kürd Xalq Məclisinin (KHM) həmsədri Türkan Budak, parlamentin əməkdaşı Ercan Akbal, kürd yazıçı və siyasətçi Əli Poyraz və Kürd Xalq Məclisinin Xarici Əlaqələr üzrə nümayəndəsi Agit Karataşın saxlanıldığı bildirilib.

Eyni zamanda KHM həmsədri Türkan Budakın evinə basqın zamanı qardaşı Hayri Budakın yaralandığı öyrənilib. 

6 nəfərin saxlanıldığını bildirən “Anadolu” agentliyinin xəbərinə görə, 8 ünvanda axtarış başlayıb.

Böyükşəhər Polisindən verilən açıqlamada həbslərin “İngiltərədə qadağan olunmuş PKK ilə əlaqədə olmaq” ittihamı əsasında aparıldığı bildirilib.

Polis Kürd İcma Mərkəzində axtarışın təxminən iki həftə davam edəcəyini və bu müddət ərzində mərkəzin bağlanacağını açıqlayıb.

Избранный
17
cebheinfo.az

1Источники