Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat istefa verib. Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, növbəti seçkilərə qədər bu vəzifə Hüseyn Yücelə həvalə edilib. “Şirkətimizin idarə heyətinin 27 noyabr 2024-cü il tarixli iclasında qəbul edilən qərar nəticəsində İdarə Heyətinin sədri Həsən Aratın İdarə Heyətinin sədrliyindın və üzvlüyündən istefasının qəbul edilməsi, o cümlədən Hüseyin Yücelin vakant İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi qərara alınmışdır”, - deyə “Beşiktaş” klubu yaydığı açıqlamada bildirib. Qeyd edək ki, “Beşiktaş”ın baş koordinatoru Səməd Aybaba və idarə heyətinin müşaviri Bredli Hovard Fridel dünən axşam klubla yollarını ayırıb.