RU

Yanan təyyarədən insanları çıxaran Sultan danışdı - VİDEO

Məlum olduğu kimi, Türkiyənin Antalya şəhərinə eniş edərkən, Rusiyanın “Azimut” şirkətinə məxsus sərnişin təyyarəsində yanğın baş verib.

Bakupost.az Rusiya KİV-ə istinadən xəbər verir ki, təyyarədə olan 80 sərnişinin xilas edilməsində Azərbaycan vətəndaşı Sultan Sultanov fəallıq göstərib.

42 yaşlı Sultan bu barədə SHOT-a danışıb. O bildirib ki, iş üçün Türkiyəyə uçurmuş və bu dəfə səyahət zamanı yuxu dərmanı qəbul etməyib. O, bütün uçuş boyu narahat olub və dua edib.

Sultan hava limanına yaxınlaşarkən nəyinsə qaydasında olmadığını hiss etdiyini və sərt zərbədən sonra salonda təşviş yarandığını söyləyib:

“Stüardessa nə edəcəyini bilmirdi. Mən qapını açmağı tələb etdim, amma onun şokda olduğunu gördüm. Buna görə də təcili çıxış qapısını güc tətbiq edərək özüm açdım”, – deyə Sultan bildirib.

O, yanğından sonra sərnişinlərin, o cümlədən uşaqların təxliyəsinə kömək edib. Sultan qeyd edib ki, altı yanğınsöndürən maşını sürətlə hadisə yerinə sürətlə gəlib və yanğın qısa zamanda söndürülüb.

Özünü qəhrəman hesab etməyən Sultan deyib ki, sərnişinlərin xilas olmasına o, deyil, Allah kömək edib.

Lalə, BakuPost


Избранный
11
bakupost.az

1Источники