UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Slavia Praqa"nın qonağı olacaq "Fənərbağça"nın futbolçusu Sofyan Amrabat komandası ilə son məşqinə çıxmayıb.

Offsideplus.az xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb.

Mənbəyə görə, mərakeşli yarımmüdafiəçi mədə infeksiyası səbəbindən çalışmaları kənardan izləyib. 

Onun sonrakı məşqlərə qatılıb-qatılmayacağı məlum deyil.