RU

Parlamentdə deputatların ofis məsələsi qaldırıldı

Deputat Gülşən Paşayeva Milli Məclisin plenar iclasında yeni seçilmiş deputatların yer (ofis) problemini qaldırıb.

Gundem.az APA-ya istinadən xəbər verir ki, Gülşən Paşayeva diqqətə çatdırıb ki, deputatları icra hakimiyyəti orqanları ofislə təmin etməlidir: “Amma bu məsələ hələ də həll olunmayıb”.

Ətraflı

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, yeni seçilmiş deputatlar üçün seçildikləri dairələrdə deputat otaqları fəaliyyət göstərir.

O qeyd edib ki, rayon icra hakimiyyətlərində də istənilən iclasın keçirilməsi üçün yerlər mövcuddur.

Deputat Elşad Musayev bildirib ki, Siyavuş Novruzov deyən yerlər ancaq YAP deputatlarına verilib, onlara yox: “Xahiş edirəm bizim yer problemimiz həllini tapsın”.

Избранный
4
3
gundem.az

4Источники